Si Cinpinlə Co Bayden arasında görüş 4 saat davam edib

09:36 - 16 Noyabr 2023 - DÜNYA

Çin sədri Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında keçirilən görüş 4 saat davam edib və hərtərəfli və dərin məzmunlu olub.

Ucnoqta.az xəbər verir ki, bunu sammitin yekunlarına görə Çinin xarici işlər naziri Vanq Yi deyib.

 Vanq Yin bildirib ki, bu görüş zamanı yaxşı, hərtərəfli və dərin dialoq baş tutub.

Danışıqlar bütün müddət ərzində sinxron tərcümə ilə müşayiət olunub. Tərəflər eyni şəkildə Ukrayna problemi və Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb, iqlim dəyişikliyi probleminə və mədəni kəşfiyyat sahəsindəki çağırışlara diqqət yetiriblər.

Xəbər xətti