Yaponiyada avtomobil İsrail səfirliyi yaxınlığında polis səddinə çırpılıb

07:59 - 16 Noyabr 2023 - DÜNYA

Yaponiyada avtomobil tam sürətlə İsrailin Tokiodakı səfirliyinin yaxınlığında quraşdırılmış polis hasarına çırpılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Hadisə nəticəsində İsrail diplomatik missiyasının mühafizəsi ilə məşğul olan bir polis əməkdaşı yaralanıb. Avtomobilin sürücüsü hadisə yerində saxlanılıb. İlkin məlumatlara görə, o, yapon sağçı radikal qruplarından biri ilə əlaqəli ola bilər.

Xəbər xətti