Noyabrın 14-də Rio-de-Janeyroda rekord istilik hiss olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin hava xəbərdarlığı sistemi Rio Alerta məlumat yayıb.
Termometrin 39 dərəcə Selsi göstərməsinə baxmayaraq, sakinlər temperaturun 58,5 dərəcə Selsi olduğunu hiss ediblər ki, bu da Braziliyada aparılan hava müşahidələrində bir növ rekorda çevrilib. Qeyd olunur ki, bu rəqəm temperaturun mütləq dəyərini deyil, “nəcə hiss etdiyini” əks etdirir.