Hindistanın şimalındakı Cammu və Kəşmir ərazisində avtobusun yamacdan aşması nəticəsində azı 38 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Avtomobil qəzası Doda rayonu yaxınlığındakı dağlıq ərazidə baş verib. Kiştvar şəhərindən Cammu istiqamətində hərəkət edən avtobus yolu tərk edərək, təxminən 200 m dik yamacdan aşağı aşıb.Avtobusda ümumilikdə 55 nəfər olub.
Hadisə yerində xilasedicilər işləyir.