İsrail hakimiyyəti noyabrın 14-də Misir vasitəsilə gələn humanitar yardımın boşaldılması və paylanması üçün lazım olan məhdud miqdarda yanacağın Qəzza zolağına daxil olmasına icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“İsrail hakimiyyəti noyabrın 15-də yalnız daxil olan humanitar yardımı yaymaq üçün yük maşınlarını idarə etmək üçün istifadə olunacaq məhdud miqdarda yanacaqların Qəzzaya daxil olmasına icazə verəcəklərini açıqlayıb”- məlumatda bildirilir.
Qeyd olunur ki, hər hansı digər məqsədlər üçün, o cümlədən xəstəxanalarda, su təchizatı və kanalizasiya qurğularında generatorların istismarı üçün yanacağın idxalı qadağandır.