BQXK-nın əməkdaşları Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkib

11:31 - 15 Noyabr 2023 - DÜNYA

BQXK-nın əməkdaşları Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkib

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni bildirib.

Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları 2020-ci ildən, 2021-ci ilin gərginliyindən sonra və indi 19 sentyabr 2023-cü il tarixindən Azərbaycanda həbs edilmiş və qalan bütün erməni məhbuslara baş çəkir.

BQXK məhbuslara ailələri ilə əlaqə saxlamağa imkan verir. Amatuni bildirib ki, görüşlər hər bir məhkumla şəxsi söhbət formatında keçirilir, onları narahat edən bütün məsələlər və problemlər müzakirə olunur.

Xəbər xətti