Koreya Respublikası və ABŞ hərbçiləri nüvə silahı daşımağa qadir olan Amerikanın B-52 strateji bombardmançı təyyarəsinin iştirakı ilə aviasiya təlimləri keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Koreya Respublikası və ABŞ B-52H strateji bombardmançısının Koreya yarımadasında [səmada] yerləşdirilməsi ilə bağlı təlimlər keçirib”, - Seul bildirib.
Bu, 2023-cü ildə ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri ilə 12-ci təlimdir. Manevrlər Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-35A və F-15K qırıcılarının iştirakı ilə Sarı dənizdə baş tutub. Amerika tərəfində isə F-35B və F-16 təyyarələri iştirak edib.
Məlumata görə, təlimdə iki B-52 bombardmançısının iştirak etdiyini bildirir. Ümumilikdə, 2023-cü ildə ABŞ bu modeldə olan təyyarəni yeddi dəfə Cənubi Koreya ilə birgə manevrlərə cəlb edib.