İsrail və HƏMAS girov mübadiləsini müzakirə edirlər - KİV

08:07 - 15 Noyabr 2023 - DÜNYA

İsrail və Fələstinin HƏMAS radikal hərəkatı danışıqlar zamanı təklif olunan “uşaqlara qarşı uşaqlar” formuluna əsasən girovların dəyişdirilməsi variantını araşdırır.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti mənbələrə istinadən məlumat yayıb.

Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda müvafiq təklif irəli sürülüb. Mənbələr bildirirlər ki, bu, İsraildə həbsdə olan fələstinli uşaqların müqabilində Qəzza zolağında saxlanılan israilli uşaqların azad edilməsini nəzərdə tutur.

Məlumata görə, danışıqlar hələ də davam edir və hələlik yekun razılaşma yoxdur.

Xəbər xətti