Pekin və Vaşinqton 21-ci əsrin qlobal iqlim böhranı ilə mübarizə üçün işçi qrup yaratmaq niyyətindədir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında San-Fransiskoda keçiriləcək görüş ərəfəsində qəbul edilmiş Çin-Amerika birgə bəyanatında deyilir.
Sənəddə deyilir ki, qrup metan emissiyaları, plastik çirklənmə və enerjiyə keçid kimi məsələlər üzərində işləyəcək.
Hər iki tərəf G20 liderlərinin 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialını üç dəfə artırmaq bəyannaməsini dəstəklədiklərini və plastik çirklənmə ilə mübarizə üçün qlobal hüquqi cəhətdən məcburi saziş üzərində birgə işləməyi öhdələrinə götürdüklərini bildiriblər.