ABŞ-da məktıbli avtobusu qəzaya düşüb- 6 ölü, 18 yaralı

05:21 - 15 Noyabr 2023 - DÜNYA

ABŞ-ın Ohayo ştatında beş avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb. Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, nəqliyyat vasitələri arasında məktəb avtobusu olub.

CBS-in məlumatına görə, ölən altı nəfərdən üçü avtobusun ardınca gələn avtomobildə olan sərnişinlər olub.

Bundan başqa, 18 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15-i orta məktəb şagirdləridir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Hadisənin səbəbləri açıqlanmır.

Xəbər xətti