Si Cinpin ABŞ-a səfər edib

05:15 - 15 Noyabr 2023 - DÜNYA

Çin prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək və ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmaq üçün Kaliforniyanın San-Fransisko şəhərinə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Çin liderini hava limanında Kaliforniya qubernatoru Gavin Newsom və ABŞ-ın maliyyə naziri Canet Yellen qarşılayıb.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, ÇKP MK Katibliyinin birinci katibi Cai Qi, həmçinin ÇKP MK Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi Si Cinpinlə birlikdə San-Fransiskoya gəlib. 

Xəbər xətti