Lukaşenko Paşinyana tələsik qərarlar verməməyi təklif edib

21:49 - 14 Noyabr 2023 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitinə gəlməkdən imtina etməsinə cavab olaraq tələsik qərarlar qəbul etməməyi təklif edib.

Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən xəbər verir.

“Belarus prezidenti Ermənistanın baş nazirinin sammitdə iştirakdan imtina etməsinə sakit reaksiya verib”.

Eysmont qeyd edib ki, bu, istənilən dövlətin başçısının işidir.

O, həmçinin qeyd edib ki, Lukaşenko Paşinyanı tələsməməyə, tələsik qərarlar qəbul etməməyə, parçalanmağa yönələ biləcək növbəti addımları ciddi düşünməyə dəvət edib.

Xəbər xətti