Borell Aİ-ni Ukraynaya hərbi təchizatı artırmağa çağırıb

19:43 - 14 Noyabr 2023 - DÜNYA

Cozep Borell Aİ-ni Ukraynaya hərbi təchizatı artırmağa çağırıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Aİ diplomatik xidmətinin rəhbəri Josep Borell bütün Aİ ölkələrini Ukraynaya hərbi təchizatı, ilk növbədə hava hücumundan müdafiə sistemləri və qış geyimlərini artırmağa çağırıb.

“Biz hamımız Ukraynaya tədarükləri artırmalıyıq, ilk növbədə təcili olaraq lazım olan hava hücumundan müdafiə sistemləri, qış texnikası və uniformaları,” - o, Aİ müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Borell həmçinin elan edib ki, Aİ Ukrayna Silahlı Qüvvələri üçün ilin əvvəlindən artıq təlim keçmiş 30 min əsgərə əlavə olaraq daha ​​10 min əsgər hazırlamağa qərar verib.

Xəbər xətti