Britaniya HƏMAS liderinə qarşı sanksiyalar tətbiq edib

19:25 - 14 Noyabr 2023 - DÜNYA

Böyük Britaniya hökuməti Fələstinin Qəzza zolağındakı HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvara və təşkilatla əlaqəsi olan daha beş şəxsə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiyalar HƏMAS-ın hərbi lideri Məhəmməd əl-Deyf, Həmas Siyasi Bürosunun üzvü Musa Dudin və hərəkatın digər yüksək rütbəli üzvü Mərvan İsa da ölkəyə giriş qadağası və aşkar edilərsə bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudiyyətlər aiddir. Sanksiya siyahısında həmçinin Böyük Britaniyada terror təşkilatı kimi tanınan hərəkatın maliyyələşdirilməsində iştirak etdiyi iddia edilən sudanlı Abdelbasit Hamza və livanlı Nabil Çuman da var.

Xəbər xətti