Avropa Komissiyası Ukraynaya humanitar yardım üçün əlavə 100 milyon avro ayırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Balazs Ujvari Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Ukraynada humanitar vəziyyət fəlakətlidir, ona görə də Avropa Komissiyası ukraynalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün bu ölkəyə 100 milyon avro, Moldovaya isə 10 milyon avro humanitar yardım ayırıb”, - deyə o bildirib.