2024-cü ildə Ukraynaya 25 yenilənmiş "Leopard 1A5" tankı tədarük ediləcək

14:58 - 14 Noyabr 2023 - DÜNYA

Almaniyanın müdafiə konserni Rheinmetall 2024-cü ildə Ukraynanı 25 bərpa edilmiş Leopard 1A5 tankı, beş tank traktoru və iki sürücülük simulyatoru ilə təmin edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə konsernin saytında dərc olunmuş açıqlamada deyilir.

Qeyd olunur ki, söhbət hazırda Unterlus və Kasseldəki Rheinmetall zavodlarında təmir olunan bərpa edilmiş Leopard 1A5 tanklarından gedir.

Çatdırılma 2024-cü ilə planlaşdırılır. Şirkət alışın dəqiq dəyərini açıqlamasa da, onun on milyonlarla avroya bərabər olduğunu qeyd edir. Aydınlaşdırılır ki, bu məbləğə təlim, maddi-texniki təchizat, ehtiyat hissələri, texniki xidmət və digər dəstək xidmətləri ilə bağlı xərclər daxildir.

Xəbər xətti