Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyinə təəssüflənir.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Əgər həqiqətən də belədirsə, o zaman təəssüf hissini ifadə etmək olar. Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının iş qrafikində öz tədbirləri, öz şəraiti ola bilər. Amma yalnız təəssüf hissini ifadə etmək olar. Çünki belə görüşlər fikir mübadiləsi aparmaq, vaxtı yoxlamaq üçün çox yaxşı səbəbdir”, - Kreml nümayəndəsi bildirib.