Rusiya İranın ilk PUA istehsal edən zavodunun inşasında irəliləyiş var. Zavodun tikintisi Moskva yaxınlığındakı “Alabuqa” iqtisadi zonasında (paytaxtdan təqribən 960 km şərqdə) həyata keçirilir.
Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə nəşrin təhlil etdiyi Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun 13 noyabr tarixli hesabatında deyilir. Zavodun yeri ABŞ peykləri tərəfindən 2023-cü ilin aprelində məlum olub. Sentyabrın ortalarında kosmosdan çəkilmiş yeni kadrlar Rusiyanın tikinti sahəsində irəlilədiyini göstərir.
Digər sənədlərə görə, Rusiya təkcə İranın Şahed-136 PUA-larının kütləvi istehsalına başlamağı planlaşdırmır. Zavod, həmçinin İranın istehsal proseslərinin təkmilləşdirilməsi üzərində əhəmiyyətli işlər görəcək. Bu, sonda artıq məlum olan versiyalarla müqayisədə daha təkmil imkanlara malik digər dronların yaradılmasına imkan verəcək.