Liberiyada prezident seçkilərinin ikinci turu keçirilir

12:32 - 14 Noyabr 2023 - DÜNYA

Liberiyada ölkə üzrə seçki məntəqələrinin açılması ilə prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC media qrupu məlumat yayıb.

Prezidentlik uğrunda iki namizəd mübarizə aparır: hazırkı dövlət başçısı Corc Vea və müxalifət lideri Cozef Boakai. 2,4 milyon insanın səsvermə hüququ var.

Oktyabrın 10-da keçirilən birinci turda Veah 43,83%, Boakai isə 43,44% səs toplayıb. Aralarındakı fərq Veanın lehinə 7126 səs olub. Prezident seçkilərinin birinci turunda 19 namizəd iştirak edib.

Xəbər xətti