Cənubi Koreya və ABŞ Yaponiya dənizində təlimlər keçirir

12:03 - 14 Noyabr 2023 - DÜNYA

Koreya Respublikası və ABŞ-ın hərbi qulluqçuları Yapon dənizində şərti düşmənin sualtı qayıqlarına və quru xüsusi təyinatlılarına qarşı təlimlər keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Hərbi Dəniz Qüvvələrinin saytında dərc olunan məlumatda deyilir. 

Manevrlər noyabrın 13-dən 16-dək baş tutacaq. Cənubi Koreya tərəfi Aegis ilə təchiz edilmiş Soe Ryu Song Ryong esminesi, P-3 patrul təyyarəsi, F-15K və FA-50 döyüş təyyarələri, Apache və Lynx helikopterlərini yerləşdirib. ABŞ USS Rafael Peralta esminesi, A-10 hücum təyyarəsi və UH-60 helikopterlərini göndərib.

Cənubi Koreya və ABŞ hərbçiləri sualtı qayıqların aşkarlanması və məhv edilməsi və şərti düşmənin xüsusi əməliyyat qüvvələrinin desantının dəf edilməsi üzrə məşq edirlər.

Xəbər xətti