Son sutkada İsrail ordusu Qəzza zolağında 200 hərbi obyektə zərbə endirib

11:21 - 14 Noyabr 2023 - DÜNYA

Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbi hava qüvvələri Qəzza zolağında radikalların 200 hərbi obyektinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, gecə saatlarında İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS-ın hərbi dəniz hərbi birləşmələrinin təlim və silah saxlamaq üçün istifadə etdiyi hərbi düşərgəyə zərbələr endirib.

Hərbçilər həmçinin bildiriblər ki, quru əməliyyatı zamanı İDF əsgərləri Qəzza zolağında məsciddə yerləşən terrorçu tunel şaxtasını aşkar ediblər. 

Xəbər xətti