Ukraynanın NATO-ya daxil olması üçün hələlik konkret vaxt yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibinin köməkçisi David van Wiel Yaponiyanın “Asahi” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Ukrayna hərbi bloka qoşulmaq üçün bir sıra şərtləri yerinə yetirməlidir.
“Rusiya ilə müharibə ilə yanaşı, Ukrayna indi idarəetmə sistemini modernləşdirmək üçün mübarizə aparır. Bu, çox mühüm vəzifədir”, - deyə van Wiel bildirib.
O vurğulayıb ki, hazırda Ukraynanın NATO-ya daxil olması üçün konkret vaxt cədvəlini müəyyən etmək çətindir. Bundan əlavə, alyans Rusiya ilə qarşıdurmadan əvvəl münaqişənin eskalasiyasından qaçmağa çalışır.