NATO Ukraynanın alyansa daxil olmasının vaxtına münasibət bildirib

10:26 - 14 Noyabr 2023 - DÜNYA

Ukraynanın NATO-ya daxil olması üçün hələlik konkret vaxt yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibinin köməkçisi David van Wiel Yaponiyanın “Asahi” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna hərbi bloka qoşulmaq üçün bir sıra şərtləri yerinə yetirməlidir.

“Rusiya ilə müharibə ilə yanaşı, Ukrayna indi idarəetmə sistemini modernləşdirmək üçün mübarizə aparır. Bu, çox mühüm vəzifədir”, - deyə van Wiel bildirib.

O vurğulayıb ki, hazırda Ukraynanın NATO-ya daxil olması üçün konkret vaxt cədvəlini müəyyən etmək çətindir. Bundan əlavə, alyans Rusiya ilə qarşıdurmadan əvvəl münaqişənin eskalasiyasından qaçmağa çalışır.

Xəbər xətti