Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) 300 yeraltı tunel də daxil olmaqla 15 min hədəfi məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Piter Lerner brifinq zamanı bildirib.
“Mən deyə bilərəm ki, Qəzzaya hücumun 38 günü ərzində 15 min hədəfi, o cümlədən 300 yeraltı tunelin məhv edilməsi də daxil olmaqla, bir sıra mühüm nəticələr əldə etmişik”. Silahlı qüvvələrin rəsmi nümayəndəsinin qeyd etdiyi kimi, düşmən qüvvələrinin İsrail qoşunları üçün tələlər hazırladığı bir neçə yüz ev də dağıdılıb.