Ukrayna növbəti dəfə Rusiya pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi Telegram kanalında məlumat verilib.
Hərbçilər cənub istiqamətindən Zaporojye və Dnepropetrovsk vilayətlərində "Şahed" PUA-ların təhlükəsi barədə xəbərdarlıq ediblər.
Daha sonra Pavloqrad və Dnepropetrovsk bölgəsində PUA xəbərdarlığı edilib.
Hərbi Hava Qüvvələri Xarkova da PUA hücumunun təşkil olunduğu məlumatını veriblər.