Yaponiyanın baş naziri Fumio Kişida Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçiriləcək sammitində iştirak etmək üçün noyabrın 15-dən 19-dək ABŞ-a səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.
Baş katib əlavə edib ki, Kişida Ukraynadakı vəziyyətlə bağlı Yaponiyanın mövqeyini səsləndirmək niyyətindədir və noyabrın 16-da Hind-Sakit Okean İqtisadi Təşəbbüsü (IPEF) sammitində iştirak etməyi planlaşdırır.///tass