“Rosoboroneksport” şirkəti Hindistan müəssisələri ilə birlikdə Hindistan Hərbi Hava Qüvvələri üçün aviasiya silahlarının istehsalının yaradılmasını müzakirə edir.
Ucnoqta.az xəbər verir ki, şirkətin baş direktoru Aleksandr Mixeyev bu barədə RİA Novosti-yə bildirib.
Mixeyevin sözlərinə görə, Hindistanın özəl və dövlət müəssisələri ilə aviasiya silahlarının birgə istehsalının təşkili və onların Hindistanda mövcud aviasiya donanması ilə inteqrasiyası üzərində iş aparılır.
O xatırladıb ki, Rusiya tərəfi Hindistan müəssisələri ilə birlikdə Hindistanın müdafiə departamentinə Su-30MKI təyyarələri, tanklar və digər zirehli texnikalar, mərmilər verib.
“Rosoboroneksport”un baş direktoru vurğulayıb ki, hazırda Hindistanda Kalaşnikov AK-203 avtomatları istehsal edən zavod var və müəyyən mərhələdə bu avtomatlar tam lokallaşdırılacaq.