Sumqayıtda ana və 2 qızı sosisdən zəhərlənib.
“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Ləbibova Vüsalə Hüseynağa qızı, övladları 2016-cı il təvəllüdlü Ləbibzadə Ayşə Zaur qızı və 2017-ci il təvəllüdlü Ləbibzadə Fəridə Zaur qızı yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblər.
Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.