Fransa Ukraynanın qəbul etmədiyi zirehli texnikanı Ermənistana göndərdi - FOTO

18:24 - 13 Noyabr 2023 - DÜNYA

Fransa Ukrayna üçün nəzərdə tutulmuş zirehli texnikanı Ermənistana göndərdi

Ucnoqta.az xəbər verir ki, bu barədə Ouest France yazıb. Nəşr qeyd edir ki, Kiyev onları artilleriya və tank əleyhinə raketlərdən zəif qorunmuş hesab etdiyinə görə qəbul etməyib.

Qeyd olunur ki, Gürcüstan limanı vasitəsilə ən azı 21 hərbi maşın çatdırılıb.

Arquus tərəfindən istehsal olunan 12,5 tonluq "Bastion" tipli yüngül zirehli maşınlar kiçik silahlardan atəşə və minalara qarşı qoruma təmin edən səkkiz əsgərdən ibarət döyüş komandasını daşıya bilər.


Xəbər xətti