Livandan Hizbullahın silahlı qanadının silahlıları sərhəd bölgələrində İsrail ordusunun mövqelərinə və mexanikləşdirilmiş patrullara 18 raket zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, Al Mayadeen telekanalının verdiyi məlumata görə, Ərəb Aramşe, El Merj və Vadi Xonin əraziləri atəşə tutulub. Məlumata görə, raketlərin əksəriyyəti yaşayış olmayan ərazilərə düşüb. Qeyd olunur ki, iki nəfər yaralanıb.