Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

14:41 - 13 Noyabr 2023 - Cəmiyyət

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir.

Prosesə bu gün saat 15:00-dan başlanılacaq. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq xidmətdən faydalana bilərlər:
13 – 23 noyabr tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;

28 noyabrdan buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi prosesi həyata keçiriləcək.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16 (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də keçiriləcək.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Xəbər xətti