İsrail bu şəhərdə döyüş əməliyyatlarını dayandırdı

14:34 - 13 Noyabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin Qəzza zolağının cənubunda, Misirlə sərhədə yaxın Rafah şəhərində humanitar məqsədlər üçün döyüş əməliyyatlarını 4 saat müddətinə dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Aviçai Edri məlumat verib.

Edri həmçinin bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 9:00-dan 16:00-a kimi fəaliyyət göstərəcək. Marşrut Əl-Şifa xəstəxanasından Salah ed-Din yolu ilə anklavın cənubuna doğru uzanacaq.

Xəbər xətti