Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazir Rişi Sunakın ofisinin yaydığı bəyanatda deyilir.
“Hörmətli Devid Kemeron Xarici İşlər, Birlik və İnkişaf naziri təyin edilib”, - deyə məlumatda bildirilir. O, bu vəzifədə Daxili İşlər Nazirliyinin rəhbəri postuna keçirilən Ceyms Kleverlini əvəz edəcək.
Kemeron 2010-cu ildə 44 yaşında baş nazir seçilib.
Kameron 2005-ci ildən Mühafizəkarlar Partiyasının lideridir. Ümumilikdə o, altı il - 2016-cı ilə qədər hökumətin başında işləyib. Ən çox da Kemeron 2015-ci il seçkilərində qalib gələcəyi təqdirdə Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum keçirəcəyini vəd etməsi ilə yadda qalıb. Partiya qalib gələndə sözünü tutdu və plebissit təşkil etdi. Kemeronun özünün Brexit əleyhinə kampaniya apardığını nəzərə alaraq, o, parlamenti də tərk edərək istefa verdi. Həmin andan o, siyasətlə məşğul deyildi.