İsrail artilleriyası Livanın sərhəd bölgələrinə zərbələr endirib

13:54 - 13 Noyabr 2023 - DÜNYA

İsrail ordusunun artilleriyası şiə Hizbullah partiyasının silahlı qanadının silahlılarının hücumlarına cavab olaraq Livanın sərhəd rayonlarını atəşə tutur.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, düşmən Ayn əl-Əzraq bölgəsində məskunlaşan ərazilərin kənarına toplardan azı 30 mərmi atıb.

Məlumata görə, Tair Harfa, Cibbin, Almat əş-Şaab, Umm əl-Tut, Şeyxin və Əd-Duheyra kəndlərində atəş açılıb. Dəymiş maddi ziyan barədə məlumat daxil olub, mülki şəxslər arasında itki yoxdur.

Xəbər xətti