Avropa İttifaqından Ukraynaya hərbi tədarükün həcmi 27 milyard avroya çatıb.
Ucnoqta.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Aİ Şurasının iclasına gələrkən deyib.
"Ukraynadakı münaqişəni unutmayın. Aİ-nin Ukraynaya hərbi tədarükünün həcmi 27 milyard avroya çatıb, bu Aİ tarixində rekord göstəricidir, biz Ukrayna qoşunlarına təlim keçməyə davam edirik", - Borrell bildirib.
Bu rəqəmə Avropa Sülh Fondu vasitəsilə Aİ-dən silah tədarükü və ayrı-ayrı Aİ dövlətlərinə birbaşa tədarük daxildir.