Bu sular istifadəyə yararsızdır - Mütəxəssis

11:43 - 13 Noyabr 2023 - Cəmiyyət

Keyfiyyətli, içməli su rəngsiz, qoxusuz olmalıdır, içərkən yüngüllük hiss olunmalıdır.

Ucnoqta.az xəbər verir ki, bunu qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib. Məhsəti Hüseynova bildirib ki, lakin hazırda satışda olan suların əksəriyyəti içmək üçün yararlı deyil:

"Xüsusilə bəzi sular var ki, onları içərkən insanlarda ürəkbulanma, mədədə şişkinlik, və yaxud ağırlıq hissi olunur ki, bu da həmin suyun keyfiyyətli şəkildə hazırlanmadığından qaynaqlanır. Keyfiyyətli suyun PH dəyəri 7,2-8,8 arasında olmalıdır. Xüsusilə suyun keyfiyyəti onun tərkibindəki mineralların insan orqanizminə faydalı ola biləcəyi qədər tənzimlənməsi ilə ölçülür. Burada da onun codluğu ilə, 1 litrə düşən kalsium və maqnezium karbonatın miqdarı ilə hesablanır. Əgər 1 litrdə onun miqdarı 0-60-a qədərdirsə bu su içməli su, yaxşı su hesab olunur. Əgər 60-dan 120-yə qədərdirsə bu su orta codluqdadır. Əgər 120-dən 180-ə qədrdirsə bu su cod su hesab olunur. 180-dən yuxarıdırsa bu həddindən artıq cod və çirkli su hesab olunur. Yaxşı olar ki, insanlar codluğu 60-a qədər olan sudan istifadə olunsun".

Xəbər xətti