Dövlət büdcəsinin sosialyönümlü olmasına diqqət yetirilib - Spiker

11:20 - 13 Noyabr 2023 - Xəbər

Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddə artırılıb. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

O qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin əsas prioritet sahələrindən ilk olaraq sosialyönümlü olmasına diqqət yetirilib:

"Dövlət büdəcəsinin digər əsas prioritetlərini isə təhsil, təhlükəsizlik, Qarabağa qayıdış və s. ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərinin artırılması artan tempin əsas tələblərini nəzərə alaraq aparılıb”.

Xəbər xətti