Haaland özünü hiperaktiv osminoq kimi aparırdı
Ucnoqta.az xəbər verir ki, ingilis jurnalist Pirs Morqan sosial şəbəkələrdə İngiltərə Premyer Liqasının (APL) "Mançester Siti" ilə oyununda "Çelsi"nin qapısına vurulan penaltidən danışıb.
“Yenə bir gün, daha bir VAR fiaskosu. Haaland özünü hiperaktiv osminoq kimi aparsa da, penalti qazandı. Absurd”, – Morqan deyib.
Görüş 4:4 hesabı ilə başa çatıb.