Seul və Vaşinqton hərbi təlimlərin miqyasını genişləndirir

10:52 - 13 Noyabr 2023 - DÜNYA

Koreya Respublikası və ABŞ silahlı qüvvələri KXDR-dən artan raket və nüvə təhdidinə cavab olaraq birgə təlimlərin əhatə dairəsini genişləndirməyi planlaşdırır.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının müdafiə naziri Şin Von Şik Seulda amerikalı həmkarı Lloyd Ostin ilə danışıqların yekunlarına dair mətbuat konfransı zamanı deyib.

"Bu il tarixdə ən böyük atəş təlimini keçirdik. Cənubi Koreya və ABŞ birgə təlimlərin, o cümlədən səhra təlimlərinin səviyyəsini və miqyasını artıracaq və bununla da təxribat olarsa dərhal Şimali Koreyanın cəzalandırılmasına imkan verəcək güclü birgə müdafiə qabiliyyətini təmin edəcəklər”, - nazir bildirib.

O qeyd edib ki, bu, Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafına və nüvə silahından istifadə ilə bağlı açıq təhdidlərə cavab tədbirlərinin bir hissəsidir.

Xəbər xətti