İsrailin təhlükəsizlik kabineti ölkənin radikal Fələstinin HƏMAS hərəkatı ilə münaqişəsi fonunda hökumətə xarici xəbər televiziya kanallarının yayımını bağlamağa icazə verən qaydaları təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Qeyd olunur ki, müvafiq qərar İsrailin rabitə naziri Şlomo Karyanın dəfələrlə Livanın “Al Mayadeen” telekanalı və Qətərin “Əl-Cəzirə” telekanalını ölkədə yayımını dayandırmağa çağırması ilə əlaqədar qəbul edilib.
Onun sözlərinə görə, Qətər telekanalı HƏMAS-a informasiya dəstəyi verir və İsrail hərbçilərini Qəzzadan hücum riski ilə üz-üzə qoyur. Nazirin sözlərinə görə, “Əl Mayadin” Livanın “Hizbullah” radikal təşkilatı tərəfindən istifadə olunur və hətta onun İranın dəstəyi ilə fəaliyyət göstərən bölmələrindən biri sayıla bilər.