Novosibirskdə bir yaşlı uşaq 18-ci mərtəbədən yıxılaraq sağ qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mash Siberia Telegram kanalı məlumat yayıb.
Məlumata görə, uşaq hündürlükdən yıxıldıqdan sonra yoldan keçən bir nəfər təcili yardım çağırana qədər yarım saat yerdə uzanıb.
Bildirilir ki, hamı yatarkən, bir yaşlı körpə pəncərəyə dırmaşıb və yıxılıb. İki hadisə şahidi 18-ci mərtəbədən nəyinsə düşdüyünü görsə də, buna məhəl qoymayıb. Uşaq xəstəxanaya yerləşdirilib.