Ermənistan Rusiyanın sanksiyalardan yayınması üçün əsas plasdarm olmaqda davam edir.
Ucnoqta.az ki, Ermənistan Rusiyaya sanksiyalar altında olan malların təkrar ixracı üçün Batumi (Gürcüstan) - Novorossiysk (Rusiya Federasiyası) dəniz yolundan istifadə edir. Belə ki, Ermənistan gəmiçiliyi vasitəsilə hər həftə Rusiya Federasiyasına 600 konteyner daşınır.
Paralel idxal sayəsində Rusiya Federasiyasına Qərb istehsalı olan mallar, əsasən Amerika malları verilir: geyim, avtomobillər və onlar üçün ehtiyat hissələri, həmçinin tibbi avadanlıq daşınır.