Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada Rusiya ordusunun Ukraynada daha 1100 hərbçisi həlak olub. Bununla da Rusiyanın ümumi döyüş itkiləri təxminən 311750 nəfərə çatıb.
Həmçinin, daha 7 tank, 32 zirehli texnika, 32 artilleriya sistemi, 2 MLRS, 1 hava hücumundan müdafiə, 12 PUA, 1 qanadlı raket, 19 nəqliyyat texnikası məhv edilib.