Rusiyanın itkiləri: 7 tank, 32 zirehli texnika, ...

10:44 - 12 Noyabr 2023 - DÜNYA

Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada Rusiya ordusunun Ukraynada daha 1100 hərbçisi həlak olub. Bununla da Rusiyanın ümumi döyüş itkiləri təxminən 311750 nəfərə çatıb. 

Həmçinin, daha 7 tank, 32 zirehli texnika, 32 artilleriya sistemi, 2 MLRS, 1 hava hücumundan müdafiə, 12 PUA, 1 qanadlı raket, 19 nəqliyyat texnikası məhv edilib.

Xəbər xətti