Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Ucnoqta.az IFFHS-in rəsmi saytına istinadla xəbər verir ki, siyahıda 403 komanda var və burada Azərbaycanın 3 təmsilçisi yer alıb.
Aktivində 131,5 xal olan “Qarabağ” ötən ayla müqayisədə 9 pillə geriləyib və 70-cidir.
“Neftçi” (58,75 xal) 22 pillə geriləyərək 340-cı yerə, “Sabah” (58,5 xal) isə 40 pillə geriləyərək 342-ci yerə enib.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Manchester City” (296 xal) liderlik edir. İspaniyanın “Real Madrid” klubu 288 xalla 2-ci, Misirin “Əl-Əhli” komandası isə 244 xalla 3-cüdür.