Astarada 77 yaşlı tibb bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.