Rusiyanın Ryazan şəhərində Dyagilevo stansiyasında partlayış olub
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə yük qatarının 19 vaqonu relsdən çıxıb. Onlardan yeddisinin içərisində mineral gübrə olub.
Sürücü xəsarətlər alıb. Ryazan stansiyalarından bərpa qatarları əraziyə göndərilib. Vəziyyət sərnişin və şəhərətrafı qatarların hərəkətinə təsir göstərmir.