İtaliyada güclü partlayış - 30-a yaxın insan yaralanıb

10:35 - 11 Noyabr 2023 - DÜNYA

İtaliyanın Romadan 140 km aralıda yerləşən San Lorenzo Nuovo şəhərində miqrantların qəbulu mərkəzində partlayış baş verib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, azyaşlılar da daxil olmaqla 30-a yaxın insan xəsarət alıb.

Xəsarət alanlarn bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Onların hamısı yerli xəstəxanalara çatdırılıb.

Polis hadisənin səbəblərini araşdırır.

Xəbər xətti