İtaliyanın Romadan 140 km aralıda yerləşən San Lorenzo Nuovo şəhərində miqrantların qəbulu mərkəzində partlayış baş verib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, azyaşlılar da daxil olmaqla 30-a yaxın insan xəsarət alıb.
Xəsarət alanlarn bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Onların hamısı yerli xəstəxanalara çatdırılıb.
Polis hadisənin səbəblərini araşdırır.