Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində Azərbaycana və Prezident İlham Əliyevə yardım üçün təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq video Zelenskinin sosial media hesablarında yerləşdirilib.
“Bu gün mən Azərbaycana təşəkkür etmək istəyirəm. Qış başlamadan cənab Prezident İlham Əliyev bizim enerji sektorumuza lazımi köməklik göstərdi. Başa düşürük ki, bu qış çətinliklər keçənilkindən az olmaya bilər. Biz hazırlaşırıq. Ukraynanın, xalqımızın, enerji sənayemizin dəstəklənməsi çox vacibdir” – Zelenski vurğulayıb.